“Barselona” klubunda növbədənkənar iclas keçirilib.
İdman.biz xəbər verir ki, toplantı “Nike” şirkəti ilə ötən ay imzalanan müqaviləni təsdiqləyib.
İspaniya nəhənginin prezidenti Xuan Laporta bu müqaviləni yüksək dəyərləndirib: “Barselona” futbol tarixinin ən yaxşı müqaviləsinə malikdir”.
“Barselona” qarşıdakı 14 ildə “Nike” ilə əməkdaşlıqdan 1,7 milyard avrodan artıq vəsait qazana bilər. Bu müddət komandanın qazandığı hər mükafat əlavə bonuslar gətirəcək.
Qeyd edək ki, “Barselona” ilə “Nike” 25 ildən artıqdır əməkdaşlıq edirlər. Tərəflərin 2016-cı ildə imzaladığı əvvəlki müqavilə 2028-ci ildə başa çatmalıdır.
İdman.biz