"Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, 3-cü yer yaxşı nəticədir deyərdim. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik."
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis doğma azarkeşlər qarşısında qeydə alınan 1:1 hesablı nəticəni şərh edib: "İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstrərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. İkinci yarıda oyundan razı qaldım. Futbolçular aktiv idi, yaxşı oynayırdılar deyə əvəzetmələr etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı göstərdi. Kimin oynamasının fərqi yoxdur. Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadı deyə bu gün dəyişikliklər etmədim.
Qeyd edək ki, "Turan Tovuz" qış fasiləsinə 32 xalla 3-cü pillədə yollanıb.
İdman.biz