Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 17-ci turunda start heyətində yer almayacaq.
İdman.biz xəbər verir ki, o, "Nürnberq"in "Braunşveyq"lə görüşünə ehtiyat oyunçular skamyasında başlayacaq.
Ötən tur "Köln" keçirilən matçın fasiləsində əvəzlənən Mahirin komandanın baş məşqçisi Miroslav Kloze ilə mübahisə etdiyi xəbərləri yayılmışdı. Tərəflər bu informasiyanı təkzib etsələr də, görünür həm oyunda baş verənlər Klozenin qərarına təsirsiz ötüşməyib.
Sentyabrda "Nürnberq"ə qoşulan Emreli ikinci dəfə ehtiyatda qalıb.
Qeyd edək ki, "Nürnberq" - "Braunşveyq" matçı sat 23:30-da start götürəcək.
İdman.biz