Azərbaycanlı futbolçu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında uğursuz seriyaya son qoyub.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Nürnberq" 6 oyundan sonra qələbə qazanıb.
Mahirin komandası 17-ci turda öz meydanında "Braunşveyq"ə qalib gəlib. Qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Ehtiyatda qalan Emreli görüşün 78-ci dəqiqəsində oyuna daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xalını 22-yə yüksəldən "Nürnberq" 11-cidir.
İdman.biz