"Önəmli qələbə idi. Çoxdandı bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. İkinci hissədə daha diqqətli olduq. Çox sevinirəm ki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də çalışacağıq ki, fasilədə güclənək. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq".
İdman.biz xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunun "Şamaxı" ilə matçından sonra keçirilmiş mətbuat konfransında danışıb.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qış toplanışı ilə bağlı planınız necədir?
- Bakıda olacağıq. "Zirə" və "Sabah"la yoxlama oyunu keçirəcəyik. Vaxt azdır. Futbolçular yorğunluğu atmalıdır. İki həftəlik hazırlığı yaxşı keçəcəyik.
- Mövsümün əvvəlində qışa qədər neçə xal toplamağı planlaşdırmışdız?
- Minimum və maksimum var idi. Minimum 15, maksimum 20 xal düşünürdük. Amma bu aşağı da ola bilərdi, yuxarı da. Bəzi oyunlarda istədiyimizi ala bilmədik. Çempionatda gözlənilməz hallar olur, Premyer Liqamız gərgin keçir. Heç kim "Neftçi"nin ilk üçlükdə olmayacağını gözləmirdi. Ötən mövsüm "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu. Topladığımız xal Premyer Liqada qalmaq üçün hələ ki, pis deyil.
- Vasili Berezutskiyə ilk məğlubiyyəti yaşatdız. Bu haqda nə deyə bilərsiz?
- Hansısa məşqçiyə qarşı xüsusi hazırlaşmıram. Bura təcrübəli məşqçilər gəlib baş çıxara bilməyib. Berezutski üçün Premyer Liqamız yaxşı təcrübədir. Murad Musayev Azərbaycanda böyük təcrübə topladı. Nuri Şahinə baxın, Türkiyədə çalışdı, indi "Borussiya"nın baş məşqçisidir. Berezutski üçün burada çalışmaq faydalı olacaq.
- Adil Nağıyevlə Giorgi Kantariyanın ayrılığı komandanın oyununa müsbət təsir edib?
- Gənclərə şans verdik. Onlar 4 oyunun hamısnı yaxşı keçirdilər. "Səbail"ə məğlubiyyətydən sonra komandada eniş oldu. Bunun səbəblərindən biri o idi ki, cəzalı və zədəli oyunçularımız çox idi. Həmin matçlarda gənclər təcrübə qazandı. Məni sevindirən odur ki, komanda sona qədər vuruşur. Onların yerində oynayan futbolçular özlərini yaxşı göstərdilər.
İdman.biz