Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" növbəti dəfə xal itirib.
İdman.biz xəbər verir ki, komanda Türkiyə 1-ci Liqasının 17-ci turunda "Çorum"un qonağı olub.
Hər iki təmsilçimiz matça ehtiyat oyunçular skamyasında start verib. Renat hesab 0:1 olarkən matçın 62-ci dəqiqədə meydana daxil olmaq şansı qazanıb. Ankara klubu bundan sonra son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - 1:1.
Qeyd edək ki, "Ankaragücü" 24 xalla 9-cu pillədə qərarlaşıb.
İdman.biz