Ən yaxşı milli məşqçiləri bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente ən yaxşı adına layiq görülüb. O, 274 xal toplayıb.
Argentinanın çalışdırıcısı Lionel Skaloni 148 xalla ikinci olub. İlk “üçlüy”ü Fransa millisinin baş məşqçisi Didye Deşam qapayıb – 35 xal.
Qeyd edək ki, son iki ildə bu mükafatı Skaloni qazanmışdı.
İdman.biz