İlk dəfə iki hakimimiz I kateqoriyada

Xəbərlər
23 Dekabr 2024 09:26
155
İlk dəfə iki hakimimiz I kateqoriyada

Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.

İdman.biz xəbər verir ki, 33 yaşlı referi beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə buna layiq görülüb.

Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Bununla Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq.

Qeyd edək ki, digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.

İdman.biz