Ən uzun qol həsrəti yaşayan komandalar açıqlanıb.
İdman.biz xəbər verir ki, Misli Premyer Liqasının autsayderi “Səbail” uğursuzlar sırasında yer alıb.
Bakı klubu 5 oyundur qol vura bilmir. Noyabrın 9-da “Turan Tovuz”la heç-heçə edən paytaxt təmsilçisi həmin 1:1 hesablı bərabərlikdən sonra rəqib qapılarına “açar” tapa bilmir.
“Qarabağ”a üç, “Sabah”a bir, “Araz-Naxçıvan”a iki qol buraxaraq uduzan “dənizçilər” “Şamaxı” ilə heç-heçə etsə də, 2024-cü ilin son turunda “Zirə”yə minimal hesabla uduzub. Bütün bu görüşlərdə də bakılılar qola həsrət qalıblar.
Amma “Səbail”in kiməsə baxıb təsəlli tapması mümkündür. Monteneqroda “Otrant” 6 oyundur qol vura bilmir. Bu, hazırda davam edən seriyalar arasında antirekorddur. Amma bu komanda aşağı liqa təmsilçisidir.
Qeyd edək ki, “Səbail” XIX turda “Sumqayıt”la qarşılaşacaq.
İdman.biz