“Kəpəz”in dövrələrarası fasilədə qış hazırlıq planı müəyyənləşib.
İdman.biz xəbər verir ki, "sarı-göylər" yanvarın 2-də Gəncədə bir araya gələcəklər.
Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçiriləcək.
Çempionata hazırlıq müddətində komandanın yoxlama oyunları da nəzərdə tutulub. Rəqiblərdən biri artıq məlumdur. "Kəpəz" yanvarın 9-da "Qarabağ"la qarşılaşacaq. Matç Bakıda oynanılacaq.
İdman.biz