Saxta futbol geyimləri satanlar həbs olunub

Xəbərlər
23 Dekabr 2024 15:09
64
Saxta futbol geyimləri satanlar həbs olunub

İspaniya polisi 2023-cü ildən bəri Avropaya ümumilikdə 2000 ton həcmində saxta futbol formaları və digər əşyalar idxal etdiyi iddia edilən şirkətlər şəbəkəsini ləğv edib.

İdman.biz xəbər verir ki, əməliyyat zamanı 73 nəfər həbs edilib, daha 19 nəfərin bu biznesdə iştirakı araşdırılır.

Europol və Avropa Fırıldaqçılıqla Mübarizə İdarəsinin (OLAF) koordinasiya etdiyi tədbir zamanı Madrid, Barselona, ​​Valensiya, Sevilya, Saraqosa, Balear adaları, Mursiya, Tarraqona, Qvadalaxara, Kadis və Santa Kruz de Tenerifedə 34 yoxlama aparılıb və 300 min saxta əşya müsadirə edilib.

Qeyd edək ki, müsadirə edilən malların çəkisi 117 milyon kq, bazar dəyəri isə 12,5 milyon avrodur.

İdman.biz

Məqalədə: