Azarkeşin odlu silahla tribunadan polislərə atəş açdığını əks etdirən görüntülər yayılıb.
İdman.biz xəbər verir ki, hadisə bir həftə əvvəl futbol üzrə Kolumbiya kuboku çərçivəsində keçirilən "Atletiko Nasional" - "Amerika Kali" görüşündən sonra baş verib.
Qarşılaşmadan sonra tribunalarda mühafizəçilərin də qarşısını ala bilmədikləri dava başlayıb. Əlində tüfənglə polislərə atəş açan azarkeşin görüntüləri internetdə yayılmağa başlayıb.
Maraqlıdır, azarkeş silahı stadiona necə gətirə bilib? Bu barədə hansısa rəsmi açıqlama verilməyib.
İdman.biz