“Qarabağ”ın futbolçusu Olavio Juninyonun “Sevilya” ilə bağlaya biləcəyi müqavilənin müddəti bəlli olub.
İdman.biz xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu ilə İspaniya klubu 2+1 illik anlaşmanı razılaşdırıb.
Lakin transferin baş tutması üçün iki klub arasında razılıq hələ əldə olunmayıb. “Sevilya” qış transfer pəncərəsində hücum xəttinə əsas hədəf seçdiyi Juninyo üçün təklif etdiyi məbləği 3+0,5 milyon avroya qədər artırıb. Öncədən 5 milyon tələb edən “Qarabağ”ın bu təklifi hələ cavablandırmayıb.
Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında keçirdiyi 48 oyunda 23 qola imza atıb.
İdman.biz