Amorimin əvəzləyicisi təhlükədə

Xəbərlər
24 Dekabr 2024 09:14
79
Amorimin əvəzləyicisi təhlükədə

Ruben Amorimin “Sportinq”dəki əvəzləyicisi Joao Pereyra istefaya göndərilmək təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, Portuqaliya klubunun rəhbərliyi mütəxəssisin işindən narazıdır.

40 yaşlı çalışdırıcının ilin sonuna qədər postundan ayrılması gözlənilir. Klub rəhbərliyi onunla görüşüb müqaviləyə xitam verilməsinin detallarını müzakirə edəcək. Bu görüş dekabrın 29-da baş tutacaq.

Qeyd edək ki, Pereyra noyabrın 11-də Lissabon klubunun sükanı arxasına keçib. O, “Mançester Yunayted”ə baş məşqçi təyin olunan Amorimi əvəzləyib.

İdman.biz

Məqalədə: