Hakan Çalhanoğlu 150-yə çatıb

Xəbərlər
24 Dekabr 2024 10:06
155
Hakan Çalhanoğlu 150-yə çatıb

"İnter"li Hakan Çalhanoğlu aparıcı milli çempionatlarda qol və məhsuldar ötürmələrin cəmində 150-yə (76+74) çatıb.

İdman.biz xəbər verir ki, bu, türkiyəli futbolçunun Bundesliqada debüt etdiyi 2013/14-cü illər mövsümündən bəri Avropanın əsas 5 liqasında yarımmüdafiəçilər arasında beşinci nəticədir.

Bu göstəricidə lider Kevin de Brüynedir: qol+ötürmə sayında o, 223-ə çatıb. Ondan sonra Marko Roys (172), Anxel Di Maria (170) və Dimitri Payet (162) gəlir.

Qeyd edək ki, Çalhanoğlu "İnter"in heyətində A seriyasında "Komo" ilə matçda (2:0) məhsuldar ötürmə edib. O, əvvəllər "Milan", "Bayer Leverkuzen" və "Hamburq"da da çıxış edib.

İdman.biz