Misli Premyer Liqasında gənclərə şans verilmir: Nəriman Axundzadə ən yaxşılar arasında

Xəbərlər
24 Dekabr 2024 12:18
87
Misli Premyer Liqasında gənclərə şans verilmir: Nəriman Axundzadə ən yaxşılar arasında

CİES 21 yaşadək futbolçuların milli çempionatlarda çıxışı ilə bağlı hesabat hazırlayıb.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqası gənclərə ən az şans verilən çempionatlar sırasında yer alıb.

Mövsümün arxada qalan hissəsində meydana çıxan 212 futbolçudan yalnız 9-nun yaşı 21-ə qədərdir. Bu, araşdırma aparılan 65 liqa arasında 62-64-cü nəticədir. Çin və Yunanıstanda da cəmi 9 gəncə şans verilib. Antirekord isə Kipr çempionatına məxsusdur. Ada ölkəsinin liqasında cəmi 7 gənc meydana çıxıb.

Premyer Liqadakı 9 gəncdən biri olan Nəriman Axundzadə isə müsbət mənada fərqlənib. O, sağ cinah vingerlərinin zərbələrinə assistentlikdə 75,1 əmsalla dünyada 7-ci olub. Bu göstəricidə rekord “Real”ın türkiyəli futbolçusu Arda Gülere məxsusdur – 81,4.

Qeyd edək ki, Misli Premyer Liqsında 18 turda 90 oyun keçirilib.

İdman.biz