“Qarabağ”ın oyunlarının yeri dəyişdirilib

Xəbərlər
24 Dekabr 2024 15:14
152
“Qarabağ”ın oyunlarının yeri dəyişdirilib

“Qarabağ”ın “Şamaxı”ya qarşı Misli Premyer Liqasında keçirəcəyi oyunların yeri dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.

Bu yerdəyişmə “Qarabağ”ın müraciəti, “Şamaxı”nın razılığı və PFL-in qərarı ilə gerçəkləşib. Ağdam klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə 4-cü dövrənin “Qarabağ” - “Şamaxı” oyunlarının yeri dəyişdirilib.

Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

Qeyd edək ki, komandalar arasında hər iki oyun 2025-ci ildə baş tutacaq.

İdman.biz