Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı müəyyənləşib

Xəbərlər
24 Dekabr 2024 15:39
232
Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının yeri və vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, mərhələyə fevralın 5-də start veriləcək.

İlk matçlar iki günü əhatə edəcək. Mərhələnin bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
5 fevral (çərşənbə)


“Kəpəz” – “Neftçi”
Tovuz şəhər stadionu, 16:00

“Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”, 18:30

6 fevral (cümə axşamı)

“Araz-Naxçıvan” – “Zirə”

“Liv Bona Dea Arena”, 16:00

“Səbail” – “Qarabağ”
“ASCO Arena”, 18:30

İdman.biz