"Mingəçevir" baş məşqçisi ilə yolları ayırıb

Xəbərlər
24 Dekabr 2024 17:33
226
"Mingəçevir" baş məşqçisi ilə yolları ayırıb

Azərbaycanın I Liqasında çıxış edən "Mingəçevir" klubu baş məşqçi Ədəhim Niftəliyevlə yolları ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

İdman.biz