"Real Madrid" klubu rəqib meydanında keçirilən oyunların gec başlamasından narazıdır.
İdman.biz xəbər verir ki, futbol üzrə Çempionlar Liqası qalibinin bu mövsüm keçirdiyi 13 səfər oyunundan yalnız ikisi yerli vaxtla saat 21:00-dan əvvəl başlayıb.
"Real Madrid"in noyabrın 24-də La Liqada "Leqanes"ə və dekabrın 18-də Qitələrarası kubokun finalında "Paçuka"ya qarşı oyunları tez start götürüb.
Məlumata görə, klubda bu mövzu ilə bağlı narazılıqlarını ictimaiyyətə bildirmək barədə düşünməyə başlayıblar.
“Hər dəfə Madriddən kənarda oynayanda, ən yaxşı halda, səhər üçdə evə çatırıq və ertəsi gün də məşq olur. Bu qədər matçın yer aldığı təqvimdə istirahət üçün vaxt tapmaq çox çətindir, üstəlik bu rejimlə də nə baş verdiyini təsəvvür edin.
Artıq uyğunlaşsaq da, bu heç də normal hal deyil”, - deyə AS nəşrinə "Real Madrid"dən bildiriblər.
İdman.biz