"Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.
İdman.biz xəbər verir ki, bu sözləri futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov sosial şəbəkədəki hesabında yazıb.
Rusiyalı mütəxəssis Aktauda sərnişin təyyarəsinin qəzaya uğramasına biganə qalmayıb. O bununla bağlı başsağlığı verib:
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm".
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Bakı - Qroznı reysini həyata keçirirdi.
İdman.biz