“Şamaxı”nın futbolçusu Leroy Mikels komandanı tərk edə bilər.
İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, o, birdən-birə 3 Azərbaycan klubunun transfer siyahısına daxil olub.
Futbolçunun xidmətində “Araz-Naxçıvan”, “Neftçi” və “Sabah” maraqlıdır. Premyer Liqa təmsilçiləri onu bu qış heyətlərinə cəlb etmək istəyirlər.
Amma bunun çətin olacağı hər kəsə bəllidir. Çünki onu rənglərinə bağlamaq istəyən klub təzminat ödəməli olacaq. “Şamaxı” 29 yaşlı futbolçu üçün transfer məbləği tələb edəcək.
Mikelsin klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Leroy “Şamaxı”ya qədər “Əl-Taraci”, “Spartak” (Varna), “Rot Vays Oberhauzen”, “Türkgücü Münhen”, “Duysburq”, “Velbert”, “Monheym”, “Alemaniya Ahen” klublarında oynayıb.
İdman.biz