“Bizə nə mətbuat kömək edir, nə də hökumət".
İdman.biz xəbər verir ki, bu sözləri "Milan" klubunun sahibi Cerri Kardinale deyib:
“Mən İtaliyada qəzetləri oxumağı dayandırmışam, çünki onlar hər şeyi özlərindən yaza bilirlər. Mən bu məsələni müxtəlif komponentləri olan bir zəncir kimi görürəm.
Azarkeşlər öz işlərini görürlər, lakin zəncirdəki digər komponentlər azarkeşlərə ən yaxşısını çatdırmağımıza mane olurlar".
O, vergi güzəştlərinin ləğv olunmasını mənfi hal kimi xüsusi vurğulayıb:
"Buyaxınlarda futbolçulara ödəmələrlə bağlı aldığımız vergi güzəştlərini götürdülər və bu, digər liqalarla rəqabət aparmağımızı daha da çətinləşdirdi.
Onlar başa düşməlidirlər ki, futbol İtaliyanın ən böyük ixracat məhsullarından biridir”.
İdman.biz