Minifutbol üzrə Azərbaycan çempionatında XII turun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Azərbaycan Minifutbol Federasiyasından İdman.biz-ə verilən məlumata görə, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu gün keçiriləcək oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Çempionatın ilk oyun günündə üç matç baş tutacaq.
Sabah keçirilməli olan görüşlərlə bağlı yekun qərar isə hələlik verilməyib.
Qeyd edək ki, dekabrın 26-da Azərbaycanda matəm elan olunub.
Aytac Sahəd
İdman.biz