Baş məşqçi Luis de la Fuenta İspaniya yığmasının DÇ-2026-dakı şansından danışıb.
İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis mundialda daha güclü olacaqlarını deyib.
La Fuenta As nəşrinə müsahibəsində bunları deyib: "Dünya çempionatına 18 ay var və vaxt tez keçir. Amma biz hazırıq və futbolçuları tanıdığım üçün hər şeyə müsbət köklənmişəm. Hara qədər davam edə biləcəyimizi deyə bilməsəm də, dünya çempionatında indikindən daha yaxşı komanda olacağımıza əminəm".
Qeyd edək ki, İspaniya millisi AVRO-2024-ün qalibi olub.
İdman.biz