Portuqaliyanın "Sportinq" klubu baş məşqçisi Joau Pereira ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Ayrılığa səbəb lissabonluların uğursuz çıxışı olub. Joaunun rəhbərliyi altında “Sportinq” meydana çıxdığı 8 oyunun 4-də məğlub olub.
Qeyd edək ki, Pereira Ruben Amorimin gedişindən sonra noyabrın 11-də bu posta təyin olunub. Onun idarəçiliyi cəmi 45 gün davam edib.
İdman.biz