Avropanın sonuncusu – “Neftçi”

Xəbərlər
26 Dekabr 2024 14:31
128
Avropanın sonuncusu – “Neftçi”

UEFA qadın klubların reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasının son 5 mövsümünün nəticələrinə əsasən qurulan siyahıda Avropanın 121 komandası yer alıb.

Azərbaycanın yeganə təmsilçisi “Neftçi”dir. Son ölkə çempionu siyahıda sonuncudur. 121-ci olan Bakı klubunun hesabında 1,200 xal var.

Qeyd edək ki, cədvələ 126,599 xala malik “Barselona” başçılıq edir.

İdman.biz

Məqalədə: