Azərbaycan çempionatının MÜBARİZLƏRİ

Xəbərlər
1 Yanvar 2025 15:59
73
Azərbaycan çempionatının MÜBARİZLƏRİ

Misli Premyer Liqasının ilk iki dövrəsi komandaların maraqlı mübarizəsi ilə yadda qaldı. Bəs futbolçuların meydanda təkbətək mübarizəsi necə olub?

İdman.biz məhz bu baxımından ilk 18 turun statistikasını nəzərdən keçirib.

Bu mövsüm təkbətək mübarizələrdə ən çox qalib gələn Cordan Rezabaladır. “Sumqayıt”ın futbolçusu 185 dəfə rəqiblərini üstələyib. Kilan Lebon (“Neftçi”) 157, Rüfət Abdullazadə (“Səbail”) 151 dəfə üstün olublar. İlk “beşlik”də həmçinin Belajdi Pusi (“Şamaxı”, 149) və Kristian (“Turan Tovuz”, 137) yer alıblar.

100 dəfədən çox təkbətək mübarizədən üstün çıxanlar sırasında ən yüksək qalibiyyət faiz göstəricisi Con İrasabaldadır (“Sabah”) – 53,72 %. Ruan Renato (“Zirə”) təkbətək mübarizələrinin 53,68, Kilan Lebon (“Neftçi”) 53,22 faizində qalib olub.

Hava mübarizələrində ən çox qalib olan Con İrasabaldadır (“Sabah”) – 77 dəfə. Ruan Renato (“Zirə”) 60, Yuri Matias (“Neftçi”) 55, İqor Ribeyro (“Araz-Naxçıvan”) 47, Roderik Miller (“Turan Tovuz”) və Dmitri Litvin (“Səbail“) 46 dəfə üstün olublar.

20 dəfədən çox hava mübarizəsində qalib olanlar arasında faiz göstəricisində Bədavi Hüseynov (“Qarabağ”) öndədir – 78,05 %. Ruan (“Zirə”) 72,29 %, Con İrasabal (“Sabah”) 70,64 % qalibiyyətə malikdirlər.

Vüqar Məmmədov
İdman.biz