“Çelsi”nin müdafiəçisinə 2 təklif

Xəbərlər
27 Dekabr 2024 11:28
116
“Çelsi”nin müdafiəçisinə 2 təklif

“Çelsi”nin futbolçusu Aksel Disasi klubunu dəyişə bilər.

İdman.biz xəbər verir ki, 26 yaşlı müdafiəçi Avropanın digər komandalarının maraq dairəsinə düşüb.

Onun xidmətində “Bayer”lə “Yuventus” maraqlıdır. Hər iki klub keçidlə bağlı təklif göndərməyə hazırlaşır. Disasinin 2025-ci ilin yanvarında bu komandalardan birinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Aksel cari mövsüm Premyer Liqanın 4 oyununda 1 qol vurub.

İdman.biz