Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 34 futbolçu oyuna kapitan kimi başlayıb.
İdman.biz xəbər verir ki, 18 turun hamısına eyni kapitanla başlayan komanda olmayıb.
“Qarabağ”la “Sabah” qeyri-adi göstəriciyə imza atıb. Bu komandaların hərəsi nə az, nə çox – 5 kapitana ehtiyac duyub.
“Neftçi” ilə “Səbail”in hərəsində 4, “Araz-Naxçıvan”, “Zirə”, “Sumqayıt” və “Şamaxı”nın hərəsində 3 oyunçu start fitini qolunda sarğı ilə gözləyib.
“Turan Tovuz”la “Kəpəz” hamıdan az – hərəsi 2 futbolçusuna bu etimadı göstərib. Elə ən çox kapitanlıq edənlər də Qərb klublarının təmsilçiləridir.
Yeqor Xvalko 17 matçı sarğı ilə başlamaqla rekordçudur. Şəhriyar Əliyev isə yerli futbolçular arasında hamını qabaqlayır – 15 dəfə. Hər iki kapitanı yalnız bir komanda yoldaşı əvəzləyib.
“Qarabağ”: Bədavi Hüseynov – 10, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Kevin Medina – hərəsi 2
“Araz-Naxçıvan”: Urfan Abbasov – 9, Vadim Abdullayev – 8, İqor Ribeyro – 1
“Turan Tovuz”: Şəhriyar Əliyev – 15, Kristian da Silva – 3
“Zirə”: Qismət Alıyev – 9, Ruan Renato – 7, Stefan Aka - 2
“Sabah”: Elvin Camalov – 11, Amin Seydiyev – 3, Namik Ələskərov – 2, Pavol Şafranko – 1, Cesse Sekidika – 1
“Sumqayıt”: Vüqar Mustafayev – 10, Elvin Bədəlov – 7, Murad Xaçayev - 1
“Şamaxı”: Adil Nağıyev – 13, Leroy Mikels – 3, Səbayil Bağırov - 2
“Neftçi”: Rza Cəfərov – 8, Ramil Şeydayev – 5, Emin Mahmudov – 4, Emil Balayev – 1
“Kəpəz”: Yeqor Xvalko – 17, İlkin Qırtımov – 1
“Səbail”: Yusif Nəbiyev – 14, Rüfət Abdullazadə - 2, Amir Bilali, Cabir Əmirli – hərəsi 1
Vüqar Xeyrullayev
İdman.biz