Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın 23 yaşlı sol cinah müdafiəçisi “Trabzonspor”un hədəfinə düşüb.
Super Liqa təmsilçisi universallığı ilə seçilən futbolçunu heyətinə qatmaq istəyir. Sağ cinahda həm müdafiəçi, həm yarımmüdafiəçi kimi oynamağı bacaran Toralın “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, Bayramov əvvəllər “Qalatasaray”ın da maraq dairəsində olub.
İdman.biz