Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, "Ankaragücü"nə Kamal Özdeş rəhbərlik edəcək.
Təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Dekabrın 30-da təqdimetmə mərasimi təşkil olunacaq. Özdeş baş məşqçi vəzifəsində Kenan Koçakı əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü" Türkiyə 1-ci Liqasında 23 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz