“Real” qışda futbolçu almayacaq

Xəbərlər
28 Dekabr 2024 13:22
137
“Real” qışda futbolçu almayacaq

“Real”ın 2025-ci ildəki transfer planları bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya nəhəngi qışda futbolçu transfer etməyi planlaşdırmır.

Madridlilər bütün fikirlərini Trent-Aleksander Arnold və Alfonso Devisə yönəldiblər. “Real” yayda azad agent statusu alacaq cinah müdafiəçilərini pulsuz heyətə qatmaq fikrindədir.

Qeyd edək ki, hazırda Devis “Bavariya”da, Aleksander-Arnold “Liverpul”da forma geyinir.

İdman.biz

Məqalədə: