“Sumqayıt" - "Araz-Naxçıvan" oyununun vaxtı açıqlanıb

Xəbərlər
28 Dekabr 2024 14:59
139
“Sumqayıt" - "Araz-Naxçıvan" oyununun vaxtı açıqlanıb

Qış hazırlığı çərçivəsində keçiriləcək “Sumqayıt"la "Araz-Naxçıvan" arasında yoxlama oyununun vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Sumqayıtın eyniadlı klubunun mətbuat xidməti açıqlayıb.

Yanvarın 9-da keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək. Matç "Kapital Bank Arena"da təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 5-dən doğma şəhərdə hazırlıq keçəcək Vaqif Cavadovun yetirmələri toplanışda yalnız bir matç keçirəcək.

İdman.biz