“Arzu edirəm ki, 2025-ci ildə stadionların üzərində pilotsuz uçuş aparatları uçmasın”.
İdman.biz xəbər verir ki, Mahaçqalanın "Dinamo" klubunun prezidenti Hacı Hacıyev belə qeyri-adi arzu ilə çıxış edib.
Ötən əsrin 80-ci illərində "Neftçi"də məşqçi işləmiş 79 yaşlı mütəxəssis Rusiya futbolu ilə bağlı istəklərindən danışıb.
“Rusiya futboluna və yerli Premyer Liqaya arzu edirəm ki, 2025-ci ildə dolu olan stadionların üzərində heç bir dron uçmasın. Pilotsuz uçuş aparatlarının Voronej, Rostov, Qroznı və Mahaçqalaya çatdıqlarını bilirik. Bu, baş verməməlidir. Rusiya futbolunun tezliklə Avropaya qayıtmasını da arzulayıram, amma bunun baş verib-verməyəcəyini bilmirəm”, - deyə "Metaratings" Hacıyevdən sitat gətirir.
Qeyd edək ki, Mahaçqala "Dinamo"su Premyer Liqada 18 turundan sonra 17 xal toplayıb və turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.
İdman.biz