"Nürnberq" 2024/2025 mövsümünün ilk dövrəsinin ən yaxşı qolunu seçib.
İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin vurduğu qol 1-ci olub.
Almaniya 2-ci Bundesliqasının IX turunda "Qroyter"lə görüşdə Mahirin rəqib komandanın qapısından keçirdiyi top ən yaxşı seçilib. Onun "Hamburq"la görüşdə vurduğu daha bir qol isə siyahıda 9-cu olub.
Qeyd edək ki, sentyabrda "Nürnberq"ə keçən Mahirin hesabında 4 qol var.
İdman.biz