Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi yaşıl meydanlardan kənardakı fəaliyyəti ilə aktivliyini davam etdirir.
İdman.biz xəbər verir ki, 37 yaşlı hücumçunun özünün şəxsi şərab brendini təqdim edib.
Premium səviyyəli bu içkilər “ММ Winemaker” şərab şirkəti ilə birgə hazırlanıb. İki növdə hazırlanan şərabın etiketlərində Messinin şəkli təsvir olunub. Bir şüşə şərabın qiyməti 60,32 avrodur.
Qeyd edək ki, Messi MLS-in son mövsümündə keçirdiyi 22 matçda 21 qol və 11 assistə imza atıb.
İdman.biz