Premyer Liqanın ən məhsuldar azərbaycanlıları

Xəbərlər
1 Yanvar 2025 10:03
78
Premyer Liqanın ən məhsuldar azərbaycanlıları

Misli Premyer Liqasının ən yaxşı yerli bombardiri bəlli olub.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov mövsümün ilk yarısının ən məhsuldar azərbaycanlı oyunçusudur.

5 qola imza atan futbolçu bombardirlər yarışında 6-7-ci yerləri bölüşür. Onun şəriki “Zirə”nin gürcüstanlı legioneri Giorgi Papunaşvilidir.

İlk 5 pillədə isə əcnəbilərdir. Coy-Lens Mikels (“Sabah”) və Felipe Santos (“Araz-Naxçıvan”) hərəyə 8 qol vurublar. Davit Volkov (“Zirə”), Leandro Andrade (“Qarabağ”) hərəyə 7, Cesse Sekidika (“Sabah”) 6 dəfə fərqlənib.

Yerli statusa malik oyunçular arasında 2-3-cü yerləri Nəriman Axundzadə (“Qarabağ”) və Orxan Əliyev (“Kəpəz”) bölüşürlər. Onların hərəsi 4 dəfə fərqlənib.

Qeyd edək ki, Misli Premyer Liqasının ikinci yarısı 2025-ci il yanvarın 17-də start götürəcək.

Vüqar Xeyrullayev
İdman.biz