“Qarabağ” – “Neftçi” – 8:5

Təhlil
31 Dekabr 2024 11:57
92
“Qarabağ” – “Neftçi” – 8:5

Son gününü yaşadığımız 2024-cü il Azərbaycan millisi üçün heç də alınmayıb.

İdman.biz xəbər verir ki, 10 oyundan yalnız 2 yoxlama matçında qələbə qazanan yığmamızın formasını 25 klubun futbolçuları qoruyublar.

“Qarabağ”ın hegemonluğu
Artıq neçə illərdir ölkə futbolunun lideri olan “Qarabağ” millinin də əsas baza komandasına çevrilir. Hər il olduğu kimi bu dəfə də Ağdam klubu yığmaya daha çox futbolçu verib. Baxmayaraq ki, komandanın özəyini legionerlər təşkil edir. İl ərzində “Qarabağ”ın 8 futbolçusu yığmada ümumilikdə 54 matça çıxıb.

“Ağ gündə də, qara gündə də”
2024-cü il “Neftçi”nin tarixində ən uğursuz illərdən biri olsa da, millidəki təmsilçi və oyun sayında ikinci olub. “Qara günlərini” yaşayan “ağ-qaralar” yaxşı dövrlərində olduğu kimi milli məşqçilərinin nəzərindədir. Bu il Bakı klubunun 5 oyunçusu milli forma geyinib. “Neftçi” “Qarabağ”dan xeyli geri qalsa da, digər klubları önə buraxmayıb.

“Altılıq”
Yalnız altı klubun birdən artıq futbolçusu yığmaya lazım olub. “Qarabağ”la “Neftçi”dən başqa bunu 4 komanda bacarıb. “Zirə”dən üç, “Sabah”, “Sumqayıt” və “Turan Tovuz”un hərəsindən iki oyunçuya şans verilib. Hərçənd sonuncu klubun hər iki üzvü hərəyə 1 dəfə meydana çıxıb.

Lazımsız “Şamaxı”, “Səbail” və “Kəpəz”
Premyer Liqanın 10 klubundan yeddisi milliyə faydalı olub. Qeyd etdiyimiz “altılığ”a “Araz-Naxçıvan”da qoşulub. Üç klub isə milimizə lazımsız olub. “Şamaxı”, “Səbail” və “Kəpəz”in oyunçuları milli formaya həsrət qalıblar. Premyer Liqanı ötən mövsüm tərk edən “Qəbələ” yığmaya futbolçu verən 8 yerli komanda sırasında yer alıb.

Almaniyadan Koreyaya qədər
Millidə çıxış edənlər arasında 17 xarici klubun təmsilçisi də olub. Təbii ki, burada Türkiyə komandaları daha çoxdur. Bu ölkənin 7 klubunun futbolçuları Azərbaycan millisinə faydalı olmağa çalışıblar. Polşanın 2 klubu da bu siyahıya düşüb. Ümumilikdə 10 ölkədən legionerlər çağıran məşqçilərimiz Almaniya, Niderland, Xorvatiya, İsveç, Finlandiya, Ukrayna, Albaniya, Cənubi Koreyaya da dəvət göndəriblər.

1. “Qarabağ” – 8 futbolçu, 54 oyun, 4 qol
Bədavi Hüseynov - 10
Toral Bayramov – 10 (3)
Elvin Cəfərquliyev - 9
Aleksey İsayev - 8
Abbas Hüseynov - 6
Bəhlul Mustafazadə - 6 (1)
Nəriman Axundzadə - 3
Musa Qurbanlı – 2

2. “Neftçi” – 5 futbolçu, 20 oyun, 1 qol, 6 buraxılan top
Emin Mahmudov – 7 (1)
Ramil Şeydayev - 6
Rza Cəfərov – 3 (-6)
Eddi İsrafilov - 2
Filip Ozobiç – 2

3. “Zirə” – 3 futbolçu, 15 oyun
Ceyhun Nuriyev - 8
Qismət Alıyev – 5
Rüstəm Əhmədzadə - 2

4. “Sabah” – 2 futbolçu, 10 oyun
Elvin Camalov - 5
Amin Seydiyev - 5

5. “Sumqayıt” - 2 futbolçu, 5 oyun, 11 buraxılan top
Mehdi Cənnətov – 4 (-11)
Elvin Bədəlov – 1

6. “Turan Tovuz” – 2 futbolçu, 2 oyun
Şəhriyar Əliyev - 1
Xəyal Nəcəfov - 1

7-8. “Bandirmaspor” (Türkiyə) – 1 futbolçu, 5 oyun
Coşqun Diniyev – 5
“Polesye” (Ukrayna) – 1 futbolçu, 5 oyun
Emil Mustafayev – 5

9. “Yurqorden” (İsveç) – 1 futbolçu, 4 oyun, 2 qol
Musa Qurbanlı – 4 (2)

10. “Ankaragücü” (Türkiyə) – 1 futbolçu, 4 oyun, 1 qol
Renat Dadaşov – 4 (1)

11-14. HİK (Finlandiya) – 1 futbolçu, 4 oyun
Ozan Can Kökçü - 4
“Daejeon” (Cənubi Koreya) – 1 futbolçu, 4 oyun
Anton Krivotsyuk – 4
“Kocaelispor” (Türkiyə) – 1 futbolçu, 4 oyun
Ramil Şeydayev – 4
“Radomyak” (Polşa) – 1 futbolçu, 4 oyun
Rahil Məmmədov – 4

15-16. “Ümraniyəspor” (Türkiyə) – 1 futbolçu, 3 oyun
Coşqun Diniyev – 3
“Nürnberq” (Almaniya) – 1 futbolçu, 3 oyun
Mahir Emreli – 3

17. “Adana Dəmirspor” (Türkiyə) – 1 futbolçu, 3 oyun, 6 buraxılan top
Şahruddin Məhəmmədliyev – 3 (-6)

18. “Dinamo” (Zaqreb, Xorvatiya) – 1 futbolçu, 2 oyun, 1 qol
Mahir Emreli – 2 (1)

19-21. “Hatayspor” (Türkiyə) – 1 futbolçu, 2 oyun
Renat Dadaşov – 2
“Boluspor” (Türkiyə) – 1 futbolçu, 2 oyun
Vüsal İsgəndərli – 2
LKS (Polşa) – 1 futbolçu, 2 oyun
Rahil Məmmədov – 2

22-25. “Eyndhoven” (Niderland) – 1 futbolçu, 1 oyun
Ozan Can Kökçü – 1
“Araz-Naxçıvan” – 1 futbolçu, 1 oyun
Vadim Abdullayev - 1
“Qəbələ” – 1 futbolçu, 1 oyun
Emil Səfərov – 1
“Eqnatiya” (Albaniya) – 1 futbolçu, 1 oyun
Zamiq Əliyev – 1

Qeyd edək ki, millimiz il ərzində keçirdiyi 10 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: