Rusiyanın “Ximki” klubu ilə müqaviləsinə xitam verən Kiril Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.biz xəbər verir ki, bunu futbolçunun atası Viktor Pançenko açıqlayıb.
O bildirib ki, 35 yaşlı hücumçunun bir neçə ölkəyə, o cümlədən Azərbaycanda oynamaq ehtimalı var: “İndi digər klublarla danışıqlar aparırıq. Amma bu, yeni il sirridir. Onun yaxın xaricə - Azərbaycan, Qazaxıstan və Özbəkistana getməsi istisna deyil. Digər variantlar da var. Amma hər şeyi ölçüb-biçməli, Kirillə müzakirə etməliyik”.
Qeyd edək ki, Kiril karyerası ərzində “Dinamo” (Stavropol), “Nijniy Novqorod”, “Mordoviya”, “Tom”, MOİK, “Dinamo” (Moskva), “Tambov”, “Arsenal” klublarında, həmçinin 1 oyun keçirdiyi Rusiya millisində forma geyinib.
İdman.biz