Kannavaronun gözlədiyi istefa

Xəbərlər
29 Dekabr 2024 17:59
71
Kannavaronun gözlədiyi istefa

Fabio Kannavaro daha bir klubun baş məşqçisi postuna namizəd olub.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis Zaqreb “Dinamo”sunun “sükanı arxası”na keçə bilər.

Xorvatiya klubunun rəhbərliyi baş məşqçi postuna dəyişiklik etmək barədə düşünür. Əgər Nenad Byelitsa istefaya göndərilsə, bu posta əsas namizəd Kannavaro sayılacaq.

Qeyd edək ki, İtaliya millisinin sabiq müdafiəçisinin son iş yeri “Udineze” olub.

İdman.biz