Misli Premyer Liqasının başa çatan ilk yarısı maraqlı faktla əlamətdar olub.
İdman.biz xəbər verir ki, dörd futbolçu öz komandasının bütün oyunlarını ehtiyat oyunçular skamyasından izləyib.
Bu oyunçuların hamısı qapıçılardır. Abdulla Seydəhmədov, Kamal Bayramov (“Şamaxı”), Əlirza Müştəbazadə (“Səbail”) və Mehman Hacıyev (“Turan Tovuz”) mövsümün 18 matçında da ehtiyatda qalıblar.
Qeyd edək ki, mövsümün ilk yarısında keçirilən 18 turda 90 matç baş tutub.
İdman.biz