2024-cü ilin fiaskosu: “Neftçi”nin qara günləri

Xəbərlər
30 Dekabr 2024 13:24
830
2024-cü ilin fiaskosu: “Neftçi”nin qara günləri

Başa çatmaqda olan 2024-cü ilin ən böyük uğursuzu şübhəsiz ki, “Neftçi”dir.

İdman.biz xəbər verir ki, rənglərinin ağ tərəfini itirən “ağ-qaralar” elə qara günlərini yaşayır.

Misli Premyer Liqasının 2023/24 mövsümündə növbəti fiaskosunu yaşayan Bakı klubu avrokuboklardan kənar qalıb. Bu böyük uğursuzluqdan sonra toparlanacağı gözlənilən “Neftçi”də atılan qeyri-peşəkar addımlar – lazımsız transferlər, yerli-yersiz təyinatlar komandanı daha bərbad duruma salıb.

Ardıcıl ikinci dəfə avrokuboksuz qalmaq təhlükəsində olan, üstəlik bunun ehtimalı çox yüksək sayılan “ağ-qaralar” 2024/25 mövsümündə də məşhur “Neftçi” yenə uduzdu” ifadəsinə sadiqlik göstərir.

18 turdan sonra “ağ-qaralar”ın 8-ci yerdə olması isə faciə sayılacaq durumdur. 10 komanda arasında belə aşağı enmək komandanın tarixində nadir hadisələrdən biridir.

“Neftçi” tarixinin ən uğurlu prezidenti Sadıq Sadıqovun kluba gəldiyi 2009-cu ilin dekabrından indiyə qədər olan dövrü nəzərdən keçirək. Sadıqovla uğurları sıralayan “ağ-qaralar” onun gedişindən sonra uğursuz günlər yaşayıb. Amma bu 16 mövsümdə beləsi olmayıb. “Neftçi” həmin 2009-cu ildən indiyədək heç vaxt Yeni İli 8-ci sırada qarşılamayıb. Bu vəziyyətdə olan klubun avrokuboka getməsi üçün heç “Santa Klaus”un səyi də yetməz.

2009/10 – 4-cü yer
2010/11 – 1-ci yer
2011/12 – 1-ci yer
2012/13 – 4-cü yer
2013/14 – 3-cü yer
2014/15 – 3-cü yer
2015/16 – 6-cı yer
2016/17 – 7-ci yer
2017/18 – 5-ci yer
2018/19 – 1-ci yer
2019/20 – 2-ci yer
2020/21 – 1-ci yer
2021/22 – 3-cü yer
2022/23 – 3-cü yer
2023/24 – 3-cü yer
2024/25 – 8-ci yer

İdman.biz

Məqalədə: