"Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemin X sosial şəbəkəsindəki səhifəsinin hakerlər tərəfindən sındırıldığı bildirilir.
İdman.biz xəbər verir ki, bu barədə futbolçunun özü başqa sosial şəbəkədəki səhifəsində yazıb.
“Twitter"im sındırılıb. Məndən gələn paylaşım və mesajlara əhəmiyyət verməyin”, - deyə Bellingem bildirib.
Qeyd edək ki, 21 yaşlı futbolçunun X-dəki hesabı kriptovalyuta layihəsini reklam edən repostlar etməyə başlayıb. Bu paylaşımlar sonra silinib.
İdman.biz