"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Olimpiakos" aparıcı oyunçularından birini itirib.
İdman.biz xəbər verir ki, braziliyalı Villian Yunanıstan təmsilçisi ilə yollarını ayırıb.
Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər. "Çelsi", "Arsenal", "Fulhem" kimi klublarda çıxış edən Villian "Olimpiakos"un heyətində 11 oyunda 1 ötürmə ilə yadda qalıb. 36 yaşlı futbolçunun Pirey təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaqdı.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 8-ci turu çərçivəsində yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda üz-üzə gələcək.
İdman.biz