“Barselona”nın qeydiyyata salmaqda problemlə üzləşdiyi Pau Viktor karyerasını La Liqanın digər klubunda davam etdirə bilər.
İdman.biz xəbər verir ki, hücumçunun xidmətində “Betis” maraqlıdır.
Sevilya təmsilçisi onu icarəyə götürmək istəyir. 23 yaşlı forvardın müqaviləsi 2029-cu ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Viktor cari mövsüm La Liqanın 13 oyununda 2 qola imza atıb.
İdman.biz