İl ərzində 51 matçda yalnız bir məğlubiyyət

Xəbərlər
31 Dekabr 2024 16:16
114
İl ərzində 51 matçda yalnız bir məğlubiyyət

Əvvəllər “Feyenoord"u çalışdıran “Liverpul”un baş məşqçisi Arne Slot əla il keçirib.

İdman.biz xəbər verir ki, hər iki komanda Slotun rəhbərliyi altında 2024-cü ildə bütün turnirlərdə ümumilikdə 51 oyun keçirib.

Həmin qarşılaşmalarda 41 qələbə, 9 heç-heçə və cəmi 1 məğlubiyyət qeydə alınıb. Slot ötən il "Feyenoord"un baş məşqçisi kimi keçirdiyi 24 matçda bir dəfə belə uduzmayıb: 18 qələbə və 6 heç-heçə. "Liverpul"dakı 27 oyunda nəticələr belədir: 23 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət.

46 yaşlı Arne Slot 2021-2024-cü illərdə "Feyenoord"un baş məşqçisi olub. Bu mövsüm onun rəhbərliyi altında hazırda İngiltərə Premyer Liqasında və Çempionlar Liqasının əsas mərhələsində 1-ci yeri tutan "Liverpul" dörd kubok uğrunda mübarizə aparır.

İdman.biz