Portuqaliyalı futbolçu Milad tətilindən niyə imtina edib?

Xəbərlər
31 Dekabr 2024 20:19
63
Portuqaliyalı futbolçu Milad tətilindən niyə imtina edib?

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya Milad tətilinin ikinci hissəsindən imtina edib.

İdman.biz xəbər verir ki, o, Münhen klubunun bazasında fərdi məşqlərə start verib.

Portuqaliyalı futbolçu uzun müddətli zədədən sonra optimal forma yığmaq üçün bu addımı atıb. O, yanvarın 5-də toplaşacaq komandanın düşərgəsinə hazır vəziyyətdə qoşulmaq istəyir.

Qeyd edək ki, Palinyanın bu addımı baş məşqçi Vensen Kompani tərəfindən müsbət qarşılanıb. Joao bu mövsümdə cəmi 13 oyunda forma geyinə bilib.

İdman.biz