"Qalatasaray" PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyarı icarəyə götürməklə bağlı danışıqlara başlayıb.
İdman.biz xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabrizio Romano məlumat verib.
İngiltərə Premyer Liqasından "Nyukasl", həmçinin "Tottenhem"in də Slovakiya millisinin futbolçusu ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, "İnter"dəki çıxışı ilə məşhurlaşan Şkrinyar 2023-cü ildən PSJ-də oynayır və Paris klubu onu təxminən 35 milyon avroya satmağa hazırdır.
İdman.biz