36 yaşlı forvard sərbəst qalıb

Xəbərlər
1 Yanvar 2025 22:52
127
36 yaşlı forvard sərbəst qalıb

Dieqo Kosta "Qremio"nu sərbəst agent kimi tərk edib.

İdman.biz xəbər verir ki, 36 yaşlı hücumçu ötən ilin fevralından Braziliya klubunda çıxış edirdi.

Kosta Portu Alleqri təmsilçisinin heyətində meydana çıxdığı 26 oyunda 8 qol vurub və 6 ötürmə edib.

Qeyd edək ki, İspaniya yığmasında çıxış edən forvard "Atletiko" və "Çelsi"dəki çıxışı ilə tanınır.

İdman.biz